Accessibility links

İsraildə iki əsas partiya parlament seçkilərinin qalibi olduğunu iddia edir


Israilin Xarici İşlər naziri Tzipi Livni və müxalifət lideri Bencamin Netanyahu dünən keçirilmiş parlament seçkilərində qələbə çaldıqlarını bildirirlər. Bu gün səslərin 99 faizi hesablandığı zaman xanım Livninin mərkəzçi Kadima partiyasının cənab Netanyahunun Likud partiyasından artıq bir yer aldığı bildirilir.Heç bir partiya çoxluq əldə edə bilməyib.Lakin Likud da daxil olmaqla millətçi və dini partiyalar birlikdə 120 yerdən 65-ni aldığı üçün xanım Livninin koalisiya yarada bilməsi çətin görünür.

XS
SM
MD
LG