İranın kommunikasiya naziri Məhəmməd Suleymaninin bildirdiyinə görə, ölkə daha 7 peyk
hazırlayır. Dövlət mətbuatı nazirə istinadən
məlumat verir ki, peyklərdən 4-ü aşağı orbit, digər 3-ü isə orta və ya yüksək
hündürlüklü orbitlər üçün nəzərdə tutulub. O, yeni peyklərin hansı məqsədlərə
xidmət üçün hazırlandığını bildirməyib. Açıqlama İranın
“Ümid” adlı ilk peykini orbitə göndərməsindən 2 həftədən də az bir zaman sonra
bəyan olunub. Bu xəbər Qərb dünyasının
narahatlığına səbəb olmuşdu. Çünki bu tip ballistik texnologiyadan nüvə başlıqlı roketlərin istifadəsində də
yararlı ola bilər. İran nüvə silahı hazırlamadığını və davam etdirdiyi nüvə və
fəza proqramının dinc məqsədlər daşıdığını bildirir.