Accessibility links

NATO Fransanı alyansa qayıtmağa çağırır


NATO Fransanı yenidən hərbi alyansa qoşulmağa ruhlandırır. Alyans rəsmisi deyir ki, Fransa müdafiə qrupuna geri qayıtsa, ona NATO komandanlığında əsas mövqelərdən biri həvalə edilə bilər. Fransa qanunvericilərinə cavab verən NATO baş katibi Yap De Hup Şeffer deyib ki, Fransa Alyansa inteqrasiya ilə heç nə itirməyəcək. Fransa prezidenti Nikola Sarkozinin sözlərinə görə, Fransa NATO-nun tam hüquqlu üzvlü olsa bunun tələblərini yerinə yetirə bilər. Müxalifət isə referendum keçirilməsinə çalışır. NATO-nun aprel ayında keçiriləcək sammitində son qərara gəlinə bilər.
XS
SM
MD
LG