Accessibility links

ATƏT monitorinq qrupunun Gürcüstanda qalması barədə razılığa gəlib


Avropanın ən böyük təhlükəsizlik təşkilatı keçən ilin avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu bölgəyə göndərdiyi 20 nəfərdən ibarət silahsız monitorinq qrupunun orada qalmağa davam etməsi barədə razılığa gəlib. Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT bu gün bildirib ki, fəaliyyətləri Gürcüstanın separatçı Cənubi Osetiya regionuna yaxın müəyyən yerlərlərlə məhdudlaşan monitorların missiyası iyun ayının 30-na qədər davam edəcək. Xatırladaq ki, ATƏT ilk monitorinq qrupunu bu bölgəyə keçən ilin avqust ayında, Rusiaya ilə Gürcüstan arasında hərbi qarşıdurmadan sonra göndərmişdi. Bu qərar ATƏT-in Gürcüstandakı geniş monitor missiyasına təsir göstərmir. Rusiya bu qrupun vəzifə müddətinin uzadılmasına mane olduğuna görə, o bu ayın axırında Gürcüstanı tərk etməlidir. Britaniya parlamentinin Gürcüstanla bağlı açıqladığı bəyanatında isə deyilir ki,avqust ayında Gürcüstanın provakasiyasına qarşı Rusiyanın həyata keçirdiyi əməliyyatlar geyri mütənasib olmuşdur.


XS
SM
MD
LG