ABŞ-ın Pakistan və Əfqanıstan üzrə nümayəndəsi Riçard Holbruk Əfqanıstanın paytaxtı Kabildə ölkə rəsmiləri ilə görüşlər keçirir. Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Holbrukun səfəri Kabildə üç hökumət binasına qarşı sinxron hücumlardan iki gün sonraya təsadüf edir. Hadisələr 26 nəfərin ölümü, 60 adamın yaralanmasına səbəb olub. Holbruk Əfqanıstana Pakistandan gedib. Avstraliyanın müdafiə rəsmilərinin bildirdiyinə görə, görüşlərdən bir neçə saat əvvəl Avstraliya əsgərləri ilə Taliban yaraqlıları arasındakı döyüşlər zamanı 5 uşaq həlak olub. Avstraliya ordusunun bəyanatında bildirilir ki, hadisə dünən gecə Uruzqan vilayətində evlərə edilən reydlər zamanı baş verib.