Accessibility links

İraqda daha bir bomba partlayışı


Iraq polisi deyir ki, Bağdadın cənubunda bir qadın intiharçının şiə zəvvarlarına bomba hücumu nəticəsində azı 32 nəfər həlak olub.

Polis deyir ki, qadın üzərindəki bombanı bu gün paytaxtın 40 kilometr cənubundakı İskəndəriyyə şəhərində qadın və uşaqların cəmləşdiyi izdihamın içində işə salıb.

Əsasən dini mərasimə qatılan şıə zəvvarlarının hədəf alındığı partlayış nəticəsində ən azı 65 nəfər yaralanıb.

XS
SM
MD
LG