Accessibility links

Hindistan Mumbay hücumlarında əli olanların məhkəmə qarşısına çıxarılmasını tələb edir


Hindistan Pakistandan Mumbayda terror hücumları həyata keçirilməsini planlaşdıranların məhkəmə qarşısına çıxarılmasını tələb edib. Hindistan bu tələbi İslamabadın 170 nəfərin ölümü ilə nəticələnən Mumbay hücumlarının Pakistandakı terrorçular tərəfindən idarə edildiyini etiraf etməsindn sonra irəli sürüb. Hindistanın xarici işlər naziri Pranab Muxerci parlament qarşısında etdiyi çıxışda bildirib ki, İslamabad bu etirafı aylarla Mumbaydakı hücumun Pakistanda təşkil etdiyini dandıqdan sonra verib.

Dünən İslamabad bildirdi ki, Mumbay hücumlarında əli olmaqda şübhələnilən 6 şəxs, o cümlədən hücumun təşkilatçısı saxlanılıb. Bu, İslamabadın terror hücumlarında əli olmaqda şübhəli bildiyi Pakistan vətəndaşlarına qarşı ilk ittihamlarıdır.

Hindistanın Xarici İşlər Nazirliyi Pakistanın bu addımını "pozitiv" adlandırmış, lakin bu sahədə daha çox iş görməsini istəmişdir. Cənab Mükherji deyib ki, Pakistan Mumbay hücumlarında əli olanları məhkəmə qarşısına çıxarmalı və ərazilərində olan bütün terror qruplaşmalarının fəaliyyətlərinə son qoymalıdır. Hindistanın xarici işlər naziri Mukherji eləcə də, Mumbay hücumunun Hindistan ərazisində ilk terror aksiyası olmadığını və bunun infrastrukturunun Pakistanla bağlı olduğunu deyib.


XS
SM
MD
LG