Accessibility links

Hillari Klinton Asiyaya gedir


Hillari Klinton ABŞ-ın dövlət katibi kimi ilk rəsmi səfərini Asiyaya etməyə hazırlaşır. Xanım Klintonun Yaponiya, İndoneziya, Cənubi Koreya və Çini əhatə edəcək səfərinin əsas müzakirə mövzusu Şimalı Koreyanın nüvə proqramı olacaq. Onun regiona sabah gedəcəyi gözlənilir. Dünən Nyu-Yorkda Amerika siyasətini açıqlayan dövlət katibi ABŞ-ın Şimali Koreya ilə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu, yalnız kommunist ölkəsinin nüvə tərksilahı vədinə əməl edəcəyi təqdirdə baş tuta bilər. Çıxışından sonra xanım Klinton Amerikanın səsinə bildirib ki, Obama administrasiyası Şimali Koreyada insan haqlarının vəziyyəti məsələsindən narahatdır. Ancaq o, ölkəyə qarşı münasibətdə realistik olmağın vacibliyini bidlirib.
XS
SM
MD
LG