Accessibility links

'Amnesty International' Türkmənistan prezidentini tənqid edib


Açıqlanmış yeni hesabat Türkmənistan liderini insan haqlarının vəziyyətinin yaxşılaşması istiqamətində müsbət addımlar atmadığına görə tənqid edib. “Amnesty International” Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov senzura və işgəncələr daxil olmaqla bir çox zorakılıqlarda ittiham edib. İnsan haqları təşkilatı habelə onun 2008-ci ilin aprel ayından bəri yeni repressiya dalğasını başlatdığını bildirib. Hesabatda deyilir ki, jurnalistlər, vətəndaş hüquqları müdafiəçiləri və dini etiqadçılar hədə-qorxu və zorakılıqlara məruz qalırlar. Cənab Berdiməhəmmədov isə hökumət nümayəndəsi vasitəsilə “Reuters” agentliyinə yeni konstitusiyanın qəbulu ölkənin demokratikləşməsini sarsılmaz edəcəyini bildirib.

XS
SM
MD
LG