Accessibility links

Zimbabvedə potensial hökumət üzvü məhkəməyə çıxarılır


Zimbabve rəsmiləri yeni hökumətin potensial üzvünə qarşı dövlətə xəyanət ittihamını dayandırıblar. Buna baxmayaraq, onun sabah başqa ittihamlarla məhkəməyə çıxarılacağı gözlənilir. Demokratik Dəyişiklik Uğrunda Hərəkatın üzvü və baş nazir Morqan Çanqirayın müttəfiqi Roy Bennetin vəkili deyir ki, ona qarşı terror aktlarına cəhd və qurdurluq ittihamları irəli sürülüb. Təhlükəsizlik agentləri onu cümə günü həbs edib. Bundan qısa müddət əvvəl isə o, kənd təsərrüfatı nazirinin müavini kimi and içməli idi. Çanqirayın sözlərinə görə, həbs siyasi motivlərlə həyata keçirilib və prezident Robert Muqabenin partiyasının məqsədinin yeni koalisiya hökumətini təhlükə altına almaq olduğunu təsdiq edir.
XS
SM
MD
LG