Accessibility links

Obamanın müşaviri iqtisadi stimullaşdırma paketinin müsbət təsirləri olacağını deyir


ABŞ prezidenti Barak Obamanın Ağ Evdə yüksək səviyyli müşaviri Deyvid Akselrod deyib ki, administrasiya amerikalıların 787 milyard dollarlıq iqtisadi yardım paketinin müsbət təsirlərini görəcəyinə əmindir.Bu gün Fox tele-şirkətinə müsahibə verən Akselrodun sözlərinə görə, ölkənin hər yerində infrastruktur proqramları üzərində iş başlayan zaman iqtisadi stimullaşdırma planın təsirləri də görünməyə başlayacaq.Lakin o xəbərdarlıq edib ki, işsizlik statistikasının dəyişdiyini görmək bir qədər vaxt aparacaq.Akselrod deyib ki, ABŞ iqtisadiyyatının durumu düzələnə qədər bir qədər pisləşə bilər.Bu arada, cənab Obamanın rəqibi olmuş respublikaçı senator Con Makkeyn CNN tele-şirkətinə müsahibəsi zamanı deyib ki, prezident Obama qanun layihəsinin təsdiqi məsələsində söz verdiyi kimi, partiyaların birliyini təmin edə bilməyib. Konqres qanun layihəsini cümə günü səslərin partiya mənsubiyyətinə görə bölündüyü şəraitdə təsdiq edib.
XS
SM
MD
LG