Accessibility links

Kərbəlada dini mərasimlər sona yaxınlaşdıqca təhlükəsizlik tədbirləri gücləndirilir


İraq rəsmiləri şiələrin müqəddəs şəhəri Kərbəlada dini mərasiminlərin başa çatması ilə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Rəsmilər qadın zəvvarları yoxlamaq üçün qadın polis işçiləri daxil olmaqla, Kərbəlaya 30 min nəfərdən ibarət təhlükəsizlik personalının yerləşdirildiyini bildirirlər.Keçən həftə ərzində İmam Hüseynin 40-ı kimi qeyd edilən Ərbəin mərasimində iştirak etmək üçün minlərlə şiə müsəlman Kərbəlanı ziyarət edib. Ziyarətə gələn şiə zəvvarlar 60 adamın həlak olduğu bomba hücumu daxil olmaqla, bir neçə dəfə hücuma məruz qalıblar.
XS
SM
MD
LG