Accessibility links

Rusiya iqtisadiyyatı tənəzzüllə üzləşir


Rusiyanın sənaye istehsalı ötən il ərzində 20 faiz azalıb. Ölkə son onillikdə ən dərin iqtisadi böhranını yaşayır. Ən iri itkilər polad, sement və avtomobil istehsalı sahələrində qeydə alınıb. Belə ki, dünya boyu maşınlara və inşaat materiallarına təlabat azalıb. Kəskin düşən neft qiymətləri də Rusiya iqtisadiyyatına zərbə endirib. İqtisadçılar habelə Rusiyadan xaricə kapital axmasından narahatdırlar. Hökumət iqtisadiyyatı sabitləşdirmək üçün 200 milyard dollar xərcləyəcəyini bildirir.
XS
SM
MD
LG