Accessibility links

Barak Obama Türkiyə liderlərinə zəng edib


ABŞ prezidenti Barak Obama iki ölkə arasında daha yaxın əlaqələrə dair ümidlərini ifadə etmək üçün Türkiyə prezidenti və baş nazirinə telefon edib. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, cənab Obama prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla səmimi və məhsuldar telefon söhbəti aparıb.Bəyanatda bildirilir ki, cənab Obama Birləşmiş Ştatlar və Türkiyənin NATO-da birlikdə effektiv şəkildə işləməsilə bağlı istəyini bildirib. Ağ Evin bəyanatına əsasən, liderlər ABŞ-ın Türkiyə və İraq arasında münasibətlərə dəstəyi, Yaxın Şərq sülh səylərində əməkdaşlıq və Birləşmiş Ştatların Əfqanıstan və Pakistanla bağlı siyasətinin nəzərdən keçirilməsi kimi müxtəlif məsələləri müzakirə ediblər.

Türkiyənin baş nazirinin ofisinin açıqladığı bəyanatda isə deyilir ki, cənab Ərdoğan Ermənistan və Yaxın Şəqr məsələlərinə Türkiyənin həssas münasibətini qeyd edib. Bəyanata əsasən, cənab Ərdoğan cənab Obamaya deyib ki, ABŞ-ın bu məsələlərdə ədalətli və qərəzsiz siyasət yeritməsi olduqca vacibdir.

XS
SM
MD
LG