ABŞ Dövlət katibi Hillari Klinton Şimali Koreyanı uzun mənzilli raket sınağı keçirmək planlarından daşınmağa çağırıb. Amerikanın baş diplomatı bunları bu gün Tokioda yapon həmkarı Hirofumu Nakasone ilə birgə müxbirlərin suallarına cavab verərkən deyib. Onun bildirdiyinə görə, Şimali Koreyanın Taepodonq İki raketinin sınağını keçirməsi işə kömək etməyəək. Şimali Koreya dünən bildirib ki, fəza inkişaf proqramının bir hissəsi kimi Taepodonq İki raketinin sınağını keçirəcək. Klinton bəyan edib ki,Şimali Koreya nüvə silahı proqramını dayandırsa və əvvəlki təəhhüdlərə əməl etsə Obama administrasiyası Pxenyanla münasibətlərin normallaşdırılmasını istəyir. ABŞ Dövlət katibi bu vəzifədə özünün ilk rəsmi səfərini edir.