Accessibility links

Amerikanın Səsinin baş məqaləsi: ‘İranda azərbaycanlılar təqiblərə məruz qalırlar’


İnsan hüquqları müşahidə qrupu bildirir ki, İranda yaşayan azərbaycanlılar dövlət orqanları tərəfindən təqiblərə məruz qalırlar.

Amnesty İnternationalın hesabatında qeyd edilir ki, yanvarın 14-də Azərbaycanın qərbi Urmiyyə şəhəri yaxınlığındakı Xanegahe Sorx kəndində 30-dan çox azəri sünni həbs edilib.
Onlar su təchizatının başqa bölgəyə yönəldilməsinə etiraz edərkən polisin hücumuna məruz qalıb. Məlumata əsasən, etirazçıların bəziləri saxlanarkən xəsarət almış, başqaları işgəncələrə məruz qalmışdır.

Fevralın 1-də Nazluda saxlanılanların 21 nəfəri məhkəmə qarşısına çıxarılıb. Onlar bir ildən çox həbs cəzası, cərimələr, şallaq və məcburi şəkildə İranın cənub- şərqinə köçürülmə cəzalarına məhkum ediliblər.
Fevralın 2-də Azərbaycan dilində məktəblərin təsis olunmasını tələb edən 5 azəri fəal Ərdəbil şəhərində 5 il müddətinə azdalıqdan məhrum edilib.
Fevralın 4-də isə İran azərbaycanlılarının ana dil hüququnu tələb edən 4 tələbə bir il həbs cəzasına məhkum olunub.
Tehranın Şəhid Raca universitetinin professoru Abdullah Abbasi Cavan da həbs edilənlər arasındadır. Professor Cavan noyabrın 13-də Səttar xanın başçılıq etdiyi 1906-cı il İran Cümhuriyyəti İnqilabının ildönümünü qeyd etdikdən az sonra həbs edilib.
Cənab Cavana vəkili və ailə üzvlərilə görüşə icazə verilmir.

Amnesty İnternationala əsasən professor Cavan 2007-ci ildə pantürkizm və sistem əleyhinə təbliğat ittihamları ilə 130 gün həbsdə saxlanmışdı.
Mərkəzi Kanadada yerləşən Azərbaycanlı siyasi məhbusların müdafiəsi cəmiyyətinin direktoru Fəxtə Zamani bildirib ki, İran repressiyaları gücləndirib.

“2008-ci ildə vəziyyət pis idi. 2009-cu ilin başlanğıcından bəri azlıqlara qarşı təzyiqlər artıb. Azərbaycanlılara 2009-cu ilin başlanğıcındandan bəri son illərin ən sərt cəzaları tətbiq edilir”.
Xanım Zamani deyir ki, Azərbaycan icması İranın konstitusiyasına əsasən iranlıların hüquqlarının təminat altına alınmasını istəyir.

“Onlar əsas hüquqları tələb edirr. Bu hüquqlardan biri dildir. Onlar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar”.

Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşları ilə birlikdə İran hökumətini bütün İran vətəndaşların fundamental hüquqlarına hörmət göstərməyə çağırır.

XS
SM
MD
LG