Accessibility links

Barak Obama xaricə ilk səfərinə Kanadadan başladı


Birləşmiş Ştatlar prezidenti Barak Obama vəzifəsinin icrasına başlayandan bəri xaricə ilk səfərini Kanadaya edib. Prezident Obamanın Kanadanın baş naziri Stefan Harperlə ticarət, iqtisadiyyat, ətraf mühit, enerji və Əfqanıstan kimi əsas məsələləri müzakirə edəcəyi gözlənilir. Ottavanın Beynəlxalq hava limanında cənab Obamanı Kanada qubernatoru Mişel Cen qarşılayıb.

Kanada Birləşmiş Ştatların ticarət partnyoru, təbii qaz və yanacaq aldığı ən böyük müttəfiqidir. Prezidentlik kampaniyası zamanı cənab Obama Kanadanın narahatlığına səbəb olan Şimali Amerikada azad ticarətə dair yenidən danışıqlar keçirilə biləcəyini demişdi.

XS
SM
MD
LG