Accessibility links

ABŞ Müdafiə naziri NATO-un Əfqanıstana daha artıq yardım göstərməsini istəyir


ABŞ müdafiə naziri Robert Geyts bildirib ki, Polşada Krakovda keçirilən görüşdə NATO müttəfiqlərindən Əfqanıstanda qarşıdan gələn seçkilər zamanı təhlükəsizliyin təmin edilməsinə yardım istəyəcək. Geyts NATO Müdafiə nazirlərinin iki günlük görüşündə iştirak etmək üçün Polşadadır. Danışıqların diqqət mərkəzində Əfqanıstanda sülhümühafizə səyləri olacaq. Görüş Vaşinqtonun Əfqanıstana 17 min nəfərlik əlavə qüvvə göndəriləcəyini elan etməsindən sonra keçirilir. Geyts bildirib ki, onun NATO müttəfiqlərinin əlavə hərbi qüvvə göndərmək istəməsilə bağlı ümidləri azalıb. NATO müttəfiqləri habelə Kosovo, Gürcüstan və Ukrayna məsələlərini müzakirə edəcəklər.

XS
SM
MD
LG