Accessibility links

Qazaxıstan Rusiyadan 10 raket batareyası alır


Qazaxıstanın müdafiə nazirliyi Rusiyadan 10 batareya yer hava tipli raket almağı planlaşdırdığını bildirib. Nazirliyin rəsmisi Amanjol Ospanovun bildirdiyinə görə, Qazaxıstan NATO ölkələrində SA-10 kimi tanınan S-300 müdafiə sistemi alır. 10 batareyadan hər birində dörd raket atan qurğu və onları daşımaq üçün maşınlar olacaq. Qazaxıstan rəsmisi raketlərdən müdafiə sisteminin bu il gətiriləcəyini deyib. O, Qazaxıstanın bunun üçün ödəyəcəyi pulun miqdarını açıqlamayıb. Keçmiş Mərkəzi Asiya ölkələrinin müdaifə sistemi onlara Sovet İttifaqından miras qalıb və əsas hərbi təchizat hazırda Rusiyadan gətirilir.

XS
SM
MD
LG