Həftənin əvvəlində ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti və baş nazirinə telefon etdi. “Mehriban və məhsuldar” tonla xarakterizə edilən telefon söhbətində cənab Obama prezident Abdulla Gül və baş nazir Rəcəb Təyyib Ərdoğanla iki ölkə arasındakı münasibətlər, Türkiyə-NATO əməkdaşlığı və Yaxın Şərq sülh prosesi mövzusunda danışıqlar apardı. Yeni administrasiya dönəmində Ankaranın Vaşinqtonla münasibətləri hansı istiqamətdə inkişaf edəcək? Türkiyədə AKP hakimiyyətinin yürütüdüyü siyasət ölkənin xarici siyasətində nə kimi dəyişikliklərə rəvac verə bilər? Bu mövzuda ətraflı diskussiya aparmaq üçün dəyimi masa söhbətimizə politoloq Qabil Hüseynli və Ankarada yerləşən Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğanı dəvət etdik.
Cənab Oğan Barak Obamanın telefon zəngini Türkiyə rəhbərliyinin onu təbrik etməsinə cavab kimi dəyərləndirdi. Türkiyəli ekspert bildirdi ki, söhbət əsnasında cənab Obama ABŞ-ı Türkiyə ilə bağlı maraqlandıran bir sıra məsələlərə toxundu. Əfqanıstanda koalisiya qüvvələrini artırmaq istəyən Vaşinqton Türkiyənin bu regionda hərbi rolunun artmasını arzulayır. Eyni zamanda İraqı yaxın illərdə tərk etməyi planlaşdıran Obama yaranacaq boşluğu doldurmaq üçün Türkiyənin resurslarından istifadə etmək niyyətindədir.
Politoloq Qabil Hüseynlinin fikrincə isə Obamanın Türk liderlərinə zəng etməsinə başlıca səbəb Türkiyənin xarici siyasət kursunda cərəyan edən dəyişikliklərdir. Abdullah Gülün Rusiyaya səfərindən bir gün öncə edilən zəng Vaşinqtonun Ankaranın xarici siyasət prioritetləri ilə bağlı narahatlıqlarını əks etdirir. Ədalət və İnkişaf Partiyasının rəhbərliyi altında Türkiyənin daxili və xarici siyasətində ciddi dəyişkliklər baş verməkdədir. Ekspert Hüseynlinin fikrincə baş nazir Rəcəb Təyyib Ərdoğanın yürütdüyü populist siyasət Türkiyənin uzun müddət mövcud olan respublikaçılıq və xarici siyasət ənənələrinə ziddir. Məhz bu səbəbdən Türkiyənin ənənəvi müttəfiqləri arasında Ankaranın siyasət xətti narahatlıq doğurur.
Erməni soyqırımın tanınmasına gəldikdə hər iki politoloq Vaşinqtonun indiyədək tutduğu mövqeyin dəyişməyəcəyini güman etdiklərini bildiriblər. Hərçənd ki, Barak Obama seçki kampaniyası dönəmində vəd etmişdi ki, o, erməni soyqırımın tanınmasında sələflərindən fərqli addımlar atacaq, ekspertlər onun bu vədi tamlıqla yerinə yetirəcəyinə şübhə ilə yanaşırlar. Belə ki, ABŞ-ın erməni soyqırımını rəsmən tanıması Vaşinqton-Ankara münasibətlərinə ciddi zərbə endirə bilər. Bu, isə Yaxın Şərqdə kifayət qədər gərgin olan vəziyyəti bir qədər də ağırlaşdıra bilər.