Accessibility links

Qırğızstan hökuməti ABŞ hərbi qüvvələrinin Manas bazasından çıxmasını tələb edib


Qırğızstan ABŞ hərbi qüvvələrinin Əfqanıstanda Birləşmiş Ştatlar və NATO qüvvələri üçün əsas rol oynayan bazadan çıxmasını tələb edib. Xarici İşlər nazirliyindən bildirilir ki, Vaşinqtonun Manas hərbi bazasından çıxması tələb olunan nota bu gün ABŞ-ın Bişkekdəki səfirliyinə göndərilib. ABŞ hərbi qüvvələrinin bazadan çıxması üçün 180 gün vaxtı var. Bundan əvvəl Qırğızıstan prezidenti Kurmanbek Bakiyev bazanın bağlanmasına dair qanuna imza atmışdı. Bu addım Qırğzıstan parlamentinin hökumətin ABŞ hərbi qüvvələrinin Manas hərbi bazasından istifadə etməsinə son qoymaq haqda qərarına yekdilliklə səs verməsindən sonra atılıb. Bu arada, Amerika hərbiçiləri bildiriblər ki, Tacikistan və Özbəkistan ABŞ-ın Əfqanıstana onların ərazisi ilə yük daşımasına razılıq verib.

XS
SM
MD
LG