Pakistanın şimal-qərbindəki sünni və şiə təriqətləri arasında zorakılıqların baş verdyi Dera İsmail Xan şəhərində həyata keçirilən intiharçı hücumu azı 28 nəfərin ölümünə, 50-dən çoxunun yaralanmasına səbəb olub. Hücum qətlə yetirilən şiə liderinin dəfn mərasimi zamanı həyata keçirilib. Dəfn mərasimində iştirak edənlər hücuma görə qəzəblənmiş və atışma baş vermişdir. Qəbilələrin yaşadığı bu ərazidə qadağan saatı elan edilib. Hələ ki, hücümun məsuliyyətini öz üzərinə götürən olmayıb.