Azərbaycanın dövlət neft inhisarçısının yüksək rütbəli rəsmisi deyib ki, ölkə Avropaya çəkiləcək boru kəmərlərinə təklif etmək üçün lazımi qədər qaz ehtiyatına malikdir.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bu bəyanatı dünən səsləndirib.
Associated Press agentliyinin məlumatına görə, bir sıra qaz sənayesi ekspertləri Azərbacanın Nabukko boru xəttinin işləməsinə kifayət edəcək qədər qaza malik olmadığını deyirlər.
Avropa ölkələrinini Rusiyadan enerji asılılığına son qoymağı hədəfləyən bu kəmər mavi yanacağın Türkiyə üzərindən Balkan regionuna nəqlini nəzərdə tutur.