Accessibility links

Senator Con Kerri Suriya prezidenti Bəşər Əl-Əsədlə görüş keçirib


ABŞ və Suriya əlaqələrin normallaşdırılmasına doğru daha bir addım atıb. Bu gün Amerika senatoru Con Kerri Dəməşqdə Suriya prezidenti Bəşər Əl-Əsədlə görüş keçirib. Suriya hökumətinin görüşə nə dərəcədə əhəmiyyət verdiyi televiziya ilə nümayiş etdirilib.

ABŞ prezidentliyinə sabiq namizəd və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri bu həftə Suriya prezidenti ilə görüşən üçüncü ABŞ qanunvericisidir. ABŞ rəsmiləri Suriyanın nüvə proqramı və terrorçulara dəstək verdiyi ilə bağlı narahatlıqlarını bildirirlər.

XS
SM
MD
LG