Accessibility links

İsrail-Qəzza sərhədində iki fələstinli ölüb


Fələstin mənbələri bildirirlər ki, İsrail-Qəzza sərhədi yaxınlığında partlayış nəticəsində iki fələstinli ölüb. Bu gün baş verən partlayışın səbəbləri hələlik bilinmir. Mətbuatın yazdığına görə, iki fələstinlinin əllərində saxladıqları qurğu partlayıb. Heç bir fələstinli qrup ölənlərin siyasi mənsubiyyəti barədə məlumat verməyib. İsrail keçən ay Qəzza zolağını nəzarəti altında saxlayan Həmasa qarşı 3 həftəlik hücum əməliyyatı keçirib, və daha sonra Həmas və İsrail atəşkəs elan ediblər.Lakin sərhədin hər iki tayında hücumlar davam edir.
XS
SM
MD
LG