Accessibility links

Hollivudda ilin ən yaxşı kino-filmlərinə Oskar mükafatları təqdim ediləcək


Bu gün Hollivudda kino dünyasının ən böyük hadisəsi olan Oskar mükafatlarının təqdimatı mərasimi keçiriləcək.81-ci Oskar mükafatları mərasimində ilin ən yaxşı kino-filmləri və onların yaradıcılarına mükafatlar veriləcək.

Prestijli mükafata nominasiya edilən filmlər arasında əsas favorit “Bencamin Battonun müəmmalı əhvalatı” filmidir. Film 13 kateqoriyada, o cümlədən ən yaxşı kino-film, ən yaxşı aktyor və ən yaxşı quruluşçu-rejissor kimi çox mühüm kateqoriyalarda yüksək mükafata nominasiya edilib.

Ən yaxşı kino-film kateqoriyasında Oskara təqdim edilmiş digər filmlər isə “Frost Niksonla üz-üzə”, “Harvi Milk”, “Qiraətçi” və“Xarabalıq Milyonçusu” filmləridir.Hindistanda cərəyan edən hadisələrə həsr edilmiş “Xarabalıq Milyonçusu” 10 kateqoriyada Oskara nominasiya edilib.

XS
SM
MD
LG