Accessibility links

Avropa liderləri maliyyə bazarlarına hökumət tərəfindən nəzarət haqda razılığa gəliblər


Avropanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin liderləri maliyyə bazarları və məhsullara hökumət nəzarətinin olması haqda razılığa gəliblər. Bu gün Berlində keçirdikləri görüş zamanı liderlər qlobal iqtisadi böhrandan çıxmaq yollarını müzakirə ediblər.Görüş dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin aprel ayında Londonda zirvə görüşündən öncə keçirilir.Bu gün görüşdən sonra açıqlanmış bəyanatda deyilir ki, Avropa liderləri bütün maliyyə bazarları və məhsullara qaydalar tətbiq edilib nəzarət edilməsi haqda razılıq əldə ediblər.Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri noyabr ayında Vaşinqtonda keçirilən sammitdə razılaşdırıldığı kimi qlobal böhranla bağlı fəaliyyət planının qəbul edilməsi üçün təzyiq altındadır.

XS
SM
MD
LG