Accessibility links

ABŞ qanunvericiləri NATO müttəfiqlərini Əfqanıstanda yeni strategiya hazırlamağa çağırır


Əfqanıstandan Vaşinqtona yenicə qayıdan Numayəndələr Palatasının spikeri Nensi Pelosi və digər yüksək vəzifəli demokrat qanunvericilər bildirirlər ki, Taliban qiyamçılarının müqavimətinin qarşısını almaq və ölkənin sabitliyini təmin etmək üçün NATO yeni strategiya hazırlamalıdır. Onlar deyiblər ki, NATO və Birləşmiş Ştatların hərbi qüvvələri Əfqanıstanda əllərindən gələni edirlər. Lakin spiker Pelosi əlavə edib ki, Əfqanıstanda sabitliyin əldə olunması üçünkorrupsiya ilə mübarizə və regionaləməkdaşlıq vacibdir.

Bu arada, Yeni Zelandiyanın baş naziri John Key bildirib ki, ölkəsinin 140 əsgəri Əfqanıstandakı missiyasını 2010-cu ilin sentyabrına qədər davam etdirəcək. Yaponiyanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə isə, Yaponiya6 ay müddətində 80 min əfqan polis zabitininəmək haqqını ödəyəcək, 200 məktəb və 100 xəstəxananın inşasına yardım göstərəcək.

XS
SM
MD
LG