Accessibility links

Prezident Obama Ağ Evdə Yaponiyanın baş nazirini qəbul edib


ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə Yaponiyanın baş naziri Taro Aso ilə görüşüb. O, Ağ Evdə Amerika prezidenti ilə görüşən ilk xarici dövlət lideridir. Cənab Obama Yaponiyanı Asiyada təhlükəsizliyin məhək daşı və Vaşinqonun ən göclü iqtisadi tərəfdaşlarından biri adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, Yaponiya iqlim dəyişikliyi və Əfqanıstan kimi məsələlərdə güclü tərəfdaşdır. Öz növbəsində cənab Aso müxbirlərə deyib ki, Yaponiya və ABŞ dünyada cidd problemləri həll etmək üçün kifayət qədər gücə malikdir. Birləşmiş Ştatlar və Yaponiya dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş iki dövlətidir. Cənab Aso onu da qeyd edib ki, hər iki ölkənin qlobal maliyyə problemlərinə birgə yanaşma tərzi olması olduqca vacibdir. ABŞ və Yaponiya liderləri Şimali Koreyanın nüvə proqramı, habelə Şimali Koreya casuslarının 1970-ci və 80-ci illərdə Yaponiya vətəndaşlarını oğurlaması və Şimali Koreyanın nüvə proqramına son qoymaq məqsədilə aparılan altıtərəfli danışıqla kimi bir sıra məsələləri müzakirə edəcəklər.

Yaponiya mətbuatı ABŞ-ın yeni administrasiyasının Yaponiyaya diqqətini alqışlayıb, lakin baş nazirin tənqidçiləri bildirirlər ki, o, cənab Obama ilə görüşündən ölkədə reytinqini qaldırmaq üçün istifadə edir.

XS
SM
MD
LG