Accessibility links

Rusiya Dnestryanı münaqişə ətrafında danışıqları istisna etmir


Rusiya xarici işlər naziri deyir ki, Moskva Rusiya və Moldova prezidentlərinin Dnestryanı ərazinin statusunun müəyyən olunması üçün Rusiyameylli regionun liderləri ilə görüşünü istisna etmir. Bu gün Moldova paytaxtı Kişinyovda danışan Serqey Lavrov Moldova hökuməti ilə separatçılar arasında birbaşa danışıqları alqışlayıb. Rusiya xəbər agentlikləri məlumar verir ki, Moskva münaqişənin həlli üçün dövlətlərarası danışıqları dəstəkləyir. Bu danışıqlara ATƏT, Rusiya, Ukrayna və müşahidəçi qismində Avropa Birliyi və ABŞ daxildir. Dnestryanı ərazidə yaşayan rus dilli separatçılar rumın dilli Moldovadan ayrılaraq özlərini müstəqil elan edib.
XS
SM
MD
LG