Accessibility links

Tehran Universitetində kütləvi həbslər


Qeyri- rəsmi mənbələrin bildirdiyinə görə, fevralın 24-də Tehranın Əmir Kəbir Universitetinin tələbələrinin dinc etiraz aksiyası təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb.

“Əmir Kəbir” xəbər saytının məlumatına görə, polis onlarla tələbəni həbs edib, həbs olunanların çoxu qısa müddət sonra azadlığa buraxılsalar da, azı 20 tələbə Tehranın “Evin” həbsxanasına köçürülüb.

Həmin mənbə bildirir ki, həbs olunanların arasında, Əhməd Qəssaban, Nəriman Səfəvi, Mehdi Məşayexi və Abbas Həkimzadə kimi tələbə fəalları da var.

Yayılan xəbərlərə görə, etirazçı tələbələr İran-İraq müharibəsində həlak olmuş naməlum əsgərləin qalıqlarının universitetdə dəfn edilməsinə etiraz ediblər.

“Universitet qəbristanlıq deyil!”, “Dikaturaya son!” , “Talibana ölüm!” kimi şüarlar səsləndirməklə, hökumətin universitetlərdən siyasi məqsədlərlə sui- istifadə etməsinə qarşı çıxan tələbələrin dinc aksiyasına polislə birlikdə, həm də sərt xət tərəfdarı olan radikal qruplaşmalar və könüllülər hücum ediblər.

Kəsici və küt alətlərlə silahlanmış hökumət tərəfdarlarının Tehranın Politeknik Universitetidəki aksiyaçılara hücumu nəticəsində onlarla tələbənin yaralandığı, yaralılardan bir neçəsinin vəziyətinin ağır olduğu barədə xəbərlər yayılıb.

İraq hüküməti 8 illik İran-İraq müharibəsi zamanı həlak olmuş və kimliyi bəlli olmayan bir grup əsgər və könüllünün qalıqlarını rəsmi Tehrana təhvil verib və İran prezidenti, Mahmud Əhmədinejadın əmri ilə, “naməlum şəhidlər” İranın müxtəlif universitetlərində dəfn edilir.

Universitet tələbələri isə universitetlərin hərbiləşdirilməsi və qəbristanlığa çevrilməsinə qarşı çıxırlar.

XS
SM
MD
LG