Cənubi Koreya
qəzeti yazır ki, Şimali Koreyanın raket buraxmağa hazırlaşdığı məntəqədə
yeraltı yanacaq obyekti inşa edilib. Dobq-a İlbonun sözlərinə görə, yeraltı
stansiya Şimali Hamlyonq vilayətindəki Musudan-ri obyektində tikilib. Qəzet
yazır ki,yanacaq stansiyası barədə məlumatı Cənubi Koreya və ABŞ kəşfiyyat
rəsmilərindən əldə edib. Yeraltı stansiya kəşfiyyat peyklərinin mümkün raket
buraxılmasının müəyyənləşdirməsini çətinləşdirir. Bu həftənin əvvəlində Pxenyan
bəyan edib ki, ölkə sınaq üçün kommunikasiya peykini fəzaya göndərəcək.