Cənub-Şərqi
Asiya Dövlətləri Assosiasiyası bu gün Taylandın Hua Hin kurort zonasında illik
sammitinə başlayıb. Ev sahibi baş nazir Abhisit Veccajiva qrupun qlobal maliyyə
böhranına tab gətirmə qabiliyyətinə inamını izhar edərək sammiti açıq elan
edib. Tayland lideri deyib ki, Cənub-Şərqi Asiya hər iki böhran – həm Soyuq
müharibə, həm də 1997-ci ildə Asiya maliyyə böhranı dövründə bunun öhdəsində
birgə addım atmaqla gəlib. Onun sözlərinə görə, hazırda böhrana verəcəkləri
cavab da əvvəlkilərdən fərqlənməyəcək. Sammit başlamamışdan öncə təşkilata üzv
10 dövlətin liderləri regionun problemlərini müzakirə etmək üçün görüş keçirib.
Bu arada, Birma və Kamboca ölkədəki insan haqları fəallarının ASEAN sammitinə
qatılmasına mane olub.