Şimali
Koreya ABŞ əsgərlərini şimal-cənub sərhədi boyunca demilitarizasiya zonasında
təxribatçı hərəkətlərdə ittiham edib. Bu
xəbərdarlıq Şimali Koyreanın ABŞ ərazilərinə çatmaq imkanına malik olan raketi
sınaqdan keçirməsi ərəfəsinə təsadüf edir.
Şimali Koreya hərbçiləri deyir ki, Amerikalı əsgərlər Hərbi Demarkasiya
Xəttinin 30 metrliyinə yaxınlaşaraq Şimali Koreya hərbi postunun fotoşəklini
çəkiblər. Xəbərdarlıqda deyilir ki, ötən
il ərzində 60 dəfə ABŞ əsgərləri sərhədin 100 metrliyinə yaxınlaşıblar. Şimal praktika davam edəcəyi halda
“qətiyyətli əks-addımlar” atacağını bəyan edib.
Cənubi Koreya müdafiə nazirliyini Şimalın iddialarını rədd edərək
Amerikalıların hərkətlərini legitim monitorinq kimi dəyərləndirib.