Accessibility links

Fevral ayında İraqda 211 dinc sakin həlak olub


2009-cu ilin fevral ayında İraqda bir neçə yüz mülki vətəndaşın həlak olmasına baxmayaraq, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə az olub. İraq Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu ilin fevralında 211 dinc sakin həlak olub. Bu göstərici yanvar ayında qeydə alınan saydan 138 nəfər çoxdur. Son aylarda İraqda ölüm sayı nəzərə çarpacaq dərəcədə azalıb. ABŞ əsgərlərinin ölüm sayı da keçən ilki ilə müqayisə də az olub. Bu arada dünən İraq qüvvələri yanacaq tankerlərinə hücumlarda ittiham olunan terrorçu lideri və onun sürücüsünü ələ keçirib.
XS
SM
MD
LG