Əfqanıstanda Birləşmiş Ştatların başçılıq etdiyi
koalisiya bildirir ki, Əfqanıstanın Qəndəhar vilayətində həyata keçirdiyi əməliyyat
nəticəsində 4 yaraqlı öldürülüb. Koalisiyanın açıqladığı bəyanatda deyilir ki,
koalisiya qüvvələri Qəndəhar vilayətinin Meyvənd mahalında düşmən irriqasiya sistemində silah və döyüş
sursatı gizlədən vaxt onlarla atışıb. Bəyanatda
həmçinin bildirilir ki, irriqasiya sistemində axtarışlar aparılan vaxt bir neçə
tüfəng, pulemyot, raket və qumbara tapılmışdır.
Bu arada Cəlalabad şəhərində hərbi maşın karvanı yaxınlığında intharçın
hücumu nəticəsində azı 6 nəfər yaralanıb.