Accessibility links

Mayk Mallen:'İran atom bombası hazırlamaq üçün kifayət qədər materiala malikdir'


ABŞ-ın ali hərbi zabiti Admiral Mayk Mallen deyir ki, İran atom bombası hazırlamaq üçün kifayət qədər materiala malikdir. Birləşmiş Ştatlar Baş Qərargahlar rəisi Mallen CNN telekanalına verdiyi müsahibə zamanı nüvə ilə silahlanmış İranın dünya üçün pis nəticələrinin ola biləcəyini deyib. Başqa bir müsahibə zamanı ABŞ müdafiə naziri Robert Qeyts isə bildirib ki, İran nüvəyə və silaha yaxın deyil. BMT nüvə agentliyinin keçən ay verdiyi açıqlamaya görə, İran noyabr ayına kimi zəif zənginləşdirilmiş uranın miqdarını xeyli artırıb. Bəzi ekspertlər isə deyir ki, Tehranın atom bombası üçün yüksək zənginləşdirilmiş uran əldə etməyə lazımı materialları var.
XS
SM
MD
LG