Accessibility links

ASEAN üzvləri bəyanat açıqlayıb


Cənub-şərqi Asiya liderləri Birmanın hərbi hökumətini siyasi məhbusları azad etməyə və qarşıdakı illərdə keçiriləcək seçkilərdə daha çox partiyaya iştirak imkanı verməyə çağırıb. Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına üzv 10 ölkənin nümayəndəsi Taylandın Hua Hin şəhərində keçirilən iki günlük sammitin sonunda birgə bəyanatla çıxış edib. ASEAN həç kəsə müdaxilə etməmək siyasəti yürütsə də, bugünkü bəyanat Birmadakı siyasi vəziyyət barədə narahatlığı əks etdirən nadir açıqlamalardandır. Qeyd edək ki, Birmanı 1962-cı ildən hərbi hökumət idarə edir. Hökumət “Demokratiyaya doğru yol xəritəsi” yaratsa da, tənqidçilər deyir ki, bu, hakimiyyətin gücünü daha da genişləndirir. ASEAN liderləri başqa bir bəyanatla beynəlxalq maliyyə sisteminin təcili islahına çağırıb.
XS
SM
MD
LG