Accessibility links

Pakistanda girov götürülmüş BMT işçisi qətlə yetirilməklə hədələnir


BMT-nin Pakistanın Bəlucistan vilayətindəki qaçqınlar üzrə agentliyinin başçısı - Amerika vətəndaşı Con Solekini keçən aydan bəri girov saxlayan separatçı qrup bildirib ki, Pakistan hökumətidörd gün ərzində 1100 məhbusu azad etməsə girovu qətlə yetirəcəklər. Bəlucistan Azadlıq Birliyi Cəbhəsi yerli xəbərlər agetliyinə bu barədə məktub göndərib. Yaraqlılar cənab Solekini keçən ay Bəlucistanın mərkəzi şəhəri Kvettada girov götürmüş, sürüçüsünü öldürmüşdülər. Bəlucistan Azadlıq Birliyi Cəbhəsi bundan əvvəl də 141 qadın məhbusun azad edilməsini tələb etmişdi.

XS
SM
MD
LG