Accessibility links

Senatda ticarət təmsilçisi vəzifəsinə nominasiya edilən Ron Körkün namizədliyi nəzərdən keçirilir


ABŞ Senatının Maliyyə Komitəsi ticarət təmsilçisi vəzifəsinə nominasiya edilən Ron Körkün namizədliyini nəzərdən keçirir. Son 3 il ərzində 10000 dollar məbləşində vergi ödənişlərindən boyun qaçıran Körk Obama administrasiyasının vergi problemləri ilə nominasiya etdiyi ilk şəxs deyil. Maliyyə Komitəsi Texasın Dallas şəhərinin sabiq merinin mühazirə gəlirlərindən 37000 dollardan artıq vergiləri ödəmədiyini bildirib. Ağ Ev sözçüsü Körkün vergi problemlərini “əhəmiyyətsiz” adlandıraraq, administrasiyasının onun təsdiqinə ümidvar olduğunu bildirib.

XS
SM
MD
LG