Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri yaxın iki ayda görüşəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Bakı, Yerevan və Xankəndinə səfər etdikdən sonra bu gün yenidən Bakıya qayıdıb.

Həmsədrlər Azərbaycan prezidenti ilə görüşdən sonra səfərlərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib.

Amerikalı həmsədr Metyu Brayza bildirib ki. Yerevan və Xankəndində danışıqlar asan olmayıb. Bunda sonra Azərbaycan prezidenti ilə prosesə təkan verəcək görüş keçirilib.

“Danışıqlar çox mürəkkəb və çətin mərhələyə çatıb. Elə mərhələyə çatıb ki, siyasi risklərlə müşahidə edilən qərarlar vermək lazımdır.”

Fransalı həmsədr Bernar Fasyenin dediyinə görə, Azərbaycan və Ermənistan prezidentinin yaxın iki ayda çoxtərəfli beynəlxalq tədbirlərin birində görüşməsi ilə bağlı razılıq əldə edilib.

Həmsədrlər həmçinin vətəndaş cəmiyyətləri iş aparmağın vacibliyini vurğulayıb.

ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik fevralın 26-da monitorinq zamanı atəşkəs rejiminin pozulmasını mənfi qiymətləndirib. O bu barədə ATƏT sədrinə hesabat hazırlayacağını bildirib.

Həmsədrlər deyib ki, ötən il atəşkəsin pozulması nəticəsində 30 nəfər həlak olub. Bu ilin iki ayında isə atəşkəsin pozulması nəticəsində 6 insan həlak olub.

“Həmsədr ölkələr snayperlərin ön cəbhədən geri çəkilməsini tərəflərə tövsiyə edib. Təəssüf ki, bu hələ də baş verməyib”-deyə Bernar Fasye qeyd edib.

XS
SM
MD
LG