Accessibility links

ABŞ Rusiyaya raketlərdən müdafiə sisteminə dair planın yenidən nəzərdən keçirilməsini təklif edir


ABŞ rəsmilərinin bildirdiyinə görə, prezident Barak Obama Rusiyaya Amerikanın mübahisəli raketlərdən müdafiə sistemi ilə bağlı təklif verib. Təklifin keçən ayın əvvəlləri ABŞ prezidentinin Rusiyanın dövlət başçısı Dmitri Medvedyevə ünvanladığı məktubda irəli sürüldüyü deyilir.

Məktubda Barak Obama Rusiyanın İrana uzaqmənzilli silahların istehsalına göstərdiyi yardımın dayandırılması müqabilində Şərqi Avropa ölkələrində raketlərdən müdafiə sistemi yerləşdirilməsinə dair planın yenidən nəzərdən keçirilməsini təklif edir.

Şənbə günü ABŞ dövlət katibi Hillari Klinton Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla raket əleyhinə müdafəsi sistemi məsələsini müzakirə etməlidir. Barak Obama və Dmitri Medvedyev aprel ayının 2-də Londonda görüşməlidir.

XS
SM
MD
LG