Böyük Britaniyanın baş naziri Qordon Braun bu gün Konqresin birgə sessiyasında çıxış edib. O, Amerika və Britaniyanı proteksionizmə yol verməməyə çağırıb. Cənab Braun ABŞ qanunvericilərini qlobal iqtisadi böhranın həlli sahəsindəki birgə səylərə dəstək verməyə səsləyib.Baş nazir bir daha maliyyə təsisatlarının rekonstruksiyasının vacibliyini vurğulayıb.Baş nazir çıxışını ABŞ prezidenti Barak Obama ilə Ağ Ev görüşündən bir gün sonra edir.İki ölkə lideriqlobal iqtisadi tənəzzülproblemini müzakirə edib. Barak Obama və Qordon Braun təmzimləyici srukturlarda islahat aparılmasının vacibliyini vurğulayıb. ABŞ dövlət başçısı proteksionizm siyasətinə qarşı xəbərdarlıqla çıxış edərək, islahat prosesinin tez və asan olmayacağını bildirib. Böyük Britaniyanın baş naziri Qordon Braun dünya iqtisadiyyatının dirçəlişi üçün yeni qlobal ölçülərə səsləyib.O,dünya ölkələrini iqtisadiyyata nağd pul buraxılmasına, bankçılıq sahəsində əməkdaşlığa vəmaliyyə təsisatlarının gücləndirilməsinə çağırıb. Ağ Ev görüşü Böyük 20-in aprel ayında Londonda keçiriləcək görüşünə hazırlıq mahiyyəti daşıyır.