Accessibility links

Qırğız jurnalist Bişkekdə vəhşicəsinə döyülüb


Qırğızıstanda tanınmış jurnalist Siqak Abduldayevin paytaxt Bişkekdə vəhşicəsinə döyüldükdən sonra xəstəxanaya aparıldığı bildirilir. "Bişkek müxbiri" qəzetinin baş redaktoru Turat Akimovun verdiyi məlumata görə, müxbir redaksiyanı tərk etdikdən bir qədər sonra dörd nəfərin hücumuna məruz qalaraq döyülüb və 30 dəfə bıçaqlanıb. Abduldayev hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Müxbir Qırğızıstanda siyasi məsələlərə dair məqalələr yazırdı. O, dəfələrlə mətbuatda hökuməti tənqid edən məqalələrlə çıxış edib. Qırğızıstan rəsmiləri insidentlə bağlı təhqiqat aparıldığını bildirirlər. Qərargahı Nyu Yorkda yerləşən Jurnalistlərlə Müdafiə Komitəsi hücuma görə narahatlığını bildirib və detallı təhqiqata çağırıb.

XS
SM
MD
LG