Accessibility links

Barak Obama:’Maliyyə məsuliyyətsizliyi erasına son qoyulması vaxtı çatıb’


ABŞ prezidenti Barak Obama hökumətin məsrəf siyasətini dəyişməklə amerikalıların hər il milyardlarla dollarına qənaət ediləcəyinə vəd verib.Hökumət kontraktları qaydalarının nəzərdən keçirilməsinə göstəriş verən prezident deyib ki, maliyyə məsuliyyətsizliyi erasına son qoyulması vaxtı çatıb. ABŞ dövlət başçısı hökumətin son 8 il ərzində məhsul və xidmətlər sahəsindəki kontraktlara sərf etdiyi məbləğin iki dəfə artdığını bildirib. O bunu rəqabət və nəzarət çatışmazlığı ilə izah edib. Barak Obama müdafiə şirkətlərinə qeyri-məhdud məbləğdə pul ödənişləri dövrünün başa çatdığını deyib. ABŞ prezidenti islahatlar nəticəsində hər il 40 milyard dollara qənaət ediləcəyini bidlirib.

XS
SM
MD
LG