Accessibility links

Kiprin yunan və türk liderləri danışıqları davam etdirəcək


Kiprin yunan və türk liderləri əmlak hüquqları ilə bağlı mürəkkəb məsələdə fikir ayrılıqlarını bir tərəfə qoyub bölünmüş adanın probleminin həlli üçün yaranmış əlverişli şəraitdən istifadə edərək danışıqları davam etdirməyə razı olublar. BMT-nin xüsusi nümayəndəsi Tye-Bruk Zerihun deyib ki, Kiprin prezidenti Dmitris Xristofias və kipr türklərinin lideri Mehmet Əli Talat martın 11-də görüş zamanı diqqəti Avropa Birliyi ilə əlaqədar məsələrərə yönəltmək haqda razılıq əldə ediblər. Kiprin yunan icmasını təmsil edən cənab Xristofias deyib ki, tərəflər aralarında ciddi fikir ayrılıqları olduğu üçün əmlam məsələlərini sonradan nəzərdən keçirməyə razılaşıblar. Mübahisə 1974-cü ildə Türkiyə qüvvələrinin adaya müdaxiləsindən sonra qaçmış minlərlə yunanın əmlakı ətrafında aparılır.

XS
SM
MD
LG