ABŞ
prezidenti Barak Obama Səhiyyə sistemində islahat səylərinə bu gün Ağ Evdə
keçiriləcək forumla başlayacaq. Cənab Obama dünyanın ən bahalı səhiyyə
sistemində qiymətləri aşağı salmağın yollarını araşdırmaq üçün foruma həkimlər,
xəstələr, tibbi sığortaçıları və qanunvericilər daxil olmaqla 120-yə yaxın
adamı dəvət edib. Prezidentin sözlərinə görə, artan səhiyyə qiymətləri ABŞ
iqtisadiyyatına təhlükədir. Cənab Obama habelə tibbi sığortaya malik olan insanların sayının çoxalmasını istəyir.
Göstəricilərə görə, 46 milyon amerikalının sığortası yoxdur. 2010-cu il büdcə
təklifində prezident 10 illik səhiyyə islahatları üçün 634 milyard dollar
ayrılacağını bildirib.