Qırğızıstan prezidenti Kurmanbek Bakiyev dünən Britaniyanın BBC radiona verdiyi müsahibəsində Əfqanıstanda vəziyyəti sabitləşdirmək məsələsi ilə bağlı Birləşmiş Ştatlar hökumətinin hər hansı bir yeni təklifini müzakirə etməyə hazır olduğunu bildirib. LakinQırğızıstan rəsmiləri bildiriblər ki, hökumət ABŞhərbi qüvvələrinin Əfqanıstanda koalisiya qüvvələrini təchizatla təmin edən bazadan çıxarılması ilə bağlı qərarını dəyişməyəcək. Keçən həftə prezidnet Bakiyev Birləşmiş Ştatların hərbi qüvvələrinin 6 ay müddətində Manas hərbi hava bazasını tərk etməsinə dair qərar imzaladı. Birləşmiş Ştatalrın müdafiə naziri Robert Geyts məsələnin hələ də bağlanmadığına ümid etdiyini və ABŞ-ın Qırğızıstanla yeni razılıq əldə edə biləcəyini deyib.