Accessibility links

Qırğızıstan parlamenti Manasın bağlanmasını təsdiq etdi


Keçən ay ABŞ qüvvələrinin ölkədən çıxarılması barədə göstəriş veriləndən sonra bu gün Qırğızıstan parlamenti həmin qərarı böyük üstünlüklə təsdiq edib. Qanunvericilər 11 müttəfiqin Manas hərbi hava bazasında istifadəsinə icazə verən razılaşmanın ləğvi barədə razılığa gəliblər. Manas ABŞ koalisiyasının Əfqanıstandakı Taliban qüvvələrinə qarşı mübarizənin dayaq nöqtəsi sayılır. Bu həftənin əvvəli Qırğızıstan prezidenti kurbanbek Bakıyev BBC-yə bildirmişdi ki, Əfqanıstanda təhlükəsizlik səyləri çərçivəsində ABŞ hökumətinin yeni təkliflərinə hazırdır. Ancaq dünən qırğız rəsmilər hökumətin qərarını dəyişməyəcəyini bildirib. Birləşmiş Ştatlar müdafiə naziri Robert Geyts məsələnin hələ tam qapanmadığını və Amerikanın Qırğızıstanla yeni razılıq əldə olunmasına çalışdığını deyib.
XS
SM
MD
LG