Accessibility links

KİV haqqında qanuna edilən dəyişiklik mətbuata məhdudiyyətlər qoyur


Azərbaycan Milli Məclisi kütləvi informasiya vasitələri haqqında qanuna əlavə və dəyişiklikləri təsdiqləyib. Bu, qanun mətbuat orqanlarına əlavə məhdudiyyətlər qoyur. Təsdiq olunmuş qanun məhkəməyə baş redaktoru ali təhsilli olmayan və ya xarici vətəndaş olan mətbuat orqanlarını bağlamağa səlahiyyət verir. Qanun habelə dövlət rəsmilərini nəşrin nüsxəsi ilə təchiz etməyən və ya hər hansı əməkdaşı mətbuat qanunlarına əsasən bir dəfədən artıq cərimə edilmiş mətbuat orqanlarının bağlanmasına icazə verir. Tənqidçilər Azərbaycan hökumərini mətbuat qanunlarından məhkəmələrdən istifadə etməklə söz azadlığını boğmaqda və müxalifəti susdurmaqda günahlandırır. Beynəlxalq insan haqları qrupları Azərbaycan hökumətini azad mətbuatı məhdudlaşdırmasına və jurnalistləri həbs etməsinə görə tənqid edib.
XS
SM
MD
LG